Correct Technology

Alibabanın qurucusu kimdir ?

Alibabanın yaradıcısı, Çində sənətçi ailəsində doğulan və hal-hazırda Çinin ən zəngin iş adamı  Jack Madır. 1964-cü ildə Çinin Hangzou şəhərində anadan olmuş və həyatı boyunca  bir çox uğursuzluqlarla üzləşmişdir. İbtidai məktəbdə, orta məktəbdə çətinliklər yaşamış, 3 dəfə universitetə daxil olmaq istəsə də, mümkün olmamışdı və bundan sonra İngilis dili təhsili almış və İngilis dili müəllimliyi sahəsini bitirmişdir. Məktəbdəki uğursuzluğu iş həyatında da onu izləmişdir. Universitet imtahanları vaxtı 30 yerə iş üçün müraciət etsə də, hamısından rədd cavabı almışdır. Polis olmaq üçün müraciət edən 5 nəfərdən 4-ü seçildiyi Jack Ma rədd cavabı almışdır. KFC-yə müraciət edən 25 nəfərdən 24-ü seçildiyi halda yenidən Jack Ma kənarda qalır. Həyatı boyunca 10 dəfə Harvard Universitetinə daxil olmaq üçün müraciət etsə də, hər dəfə imtina cavabı alır. 

İş həyatına ilk olaraq, Çinli şirkətlərin veb saytlarını hazırlayan bir şirkətdə 12 dollar maaşla çalışaraq başlamışdır. 1998-ci ildə Amerikaya gedən Ma burada e-ticarət sektorunda təchizat problemlərini görmüş və bu problemi həll etmək üçün bir ideya üzərində işləmişdir. Beləliklə, Ma dünyada elektron ticarət şirkətləri ilə Çin təchizatçılarını birləşdirəcək bir b2b layihəsi üzərində işləməyə başladı. 


Alibaba adının meydana gəlmə səbəbi və nə mənaya gəlir ?

Əlibaba və 40 quldur hekayəsini hamımız bilirik. Jack Ma da məşhur və dünyada hər kəs tərəfindən tanınan bir ad axtarırdı. San Fransiskoda bir kafedə oturarkən, ağlına Alibaba adı gəldi. Dərhal həmin kafedəki bir ofisiantdan Alibaba-nı bilib bilmədiyini soruşdu. Ofisiant isə bəli deyərək, "Açıl Sim-sim açıl"  sözlərini demiş və bu vaxtı Jack Ma artıq qərarını vermişdi. 

“Başa düşdüm ki, hamı - Almaniyada, Yaponiyada , Çində , Hindistanda….. Alibaba haqqında bilir. Alibaba isə bir quldur deyil, o bir centilmen, ağıllı bir iş adamı və insanlara kömək edirdi. Tələffüzü rahat və bütün dünyada tanınırdı. Alibaba kiçik istehsalçılara daha böyük şirkətlərə çatmağa kömək edəcək. (Açıl sim-sim açıl) Bunun yanında Alimama adını da aldıq ki, birdən kimsə bizimlə evlənmək istəyər.” 


Alibaba Şirkətlər qrupu 

1999-cu ilin aprel ayında Jack Ma tərəfindən "Qlobal ticarət burada başlayır" şüarıyla qurulmuş, Alibaba.com-un ən böyük səhmdarları bu gün Softbank və Yahoo!-dur. 2005-ci ildə, Yahoo! Alibaba-da 1 milyard dollara 40 faiz pay almışdı. 31 avqust 2014-cü il tarixində şirkətin 32,4% -i Softbank-a, 16,3% -i isə Yahoo-a məxsus olmuşdur. 

Jack Ma 18 nəfərlik işçi heyəti ilə Alibaba.com-u istifadəyə versə də,  ilk 3 il ərzində saytdan heç bir gəlir götürə bilmir. Bu gün isə saytın 800 milyon istifadəçisi var və hər gün 100 milyon insan saytı ziyarət edir. Jack Ma isə alibaba sayəsində dünyanın ən zəngin insanları arasında qərar tutub. Eyni zamanda bu gün Alibaba.com Çinin sürətli ixracat artımına böyük təsir göstərdiyini söyləyə bilərik.

Alibaba.com 

The Latest Blogs

What is Mobile SEO and what are its advantages?

What is Mobile SEO and what are its advantages?

What is mobile aso, ASO Short and extensive descriptive text of the application

What is User-generated content?

What is User-generated content?

What is UGC? What are the benefits of UGC? Let's look at examples of UGC

Google Analytics 4 will replace Universal Analytics soon!

Google Analytics 4 will replace Universal Analytics soon!

What has changed in Google Analytics 4? What is the issues with Google Analytics 4?

Adaptive or Responsive design for SEO?

Adaptive or Responsive design for SEO?

What is adaptive design? What is responsive design? Why does Google support responsive design? So which design is better for you in general?

Digital or Traditional Marketing?

Digital or Traditional Marketing?

What is digital and traditional marketing? Advantages of traditional marketing, Disadvantages of Traditional Marketing, Advantages of digital marketing

What is Conversational Marketing? What are the advantages

What is Conversational Marketing? What are the advantages

What are the advantages of Conversational Marketing? Conversation Marketing How to connect with customers. What is Conversational Marketing?

What is 4P Marketing

What is 4P Marketing

The 4 Ps of marketing are the key categories involved in the marketing of a good or service. The 4 Ps refers to product, price, place, and promotion.