Correct Technology

İlk dəfə 1984-cü ildə Jay Conrad Levinson tərəfindən istifadə edilən və inkişaf etdirilən Guerilla Marketing (Partizan Marketinqi), aşağı büdcəli və yüksək yaradıcılıqla yaradılan marketinq fəaliyyətlər toplusudur. Partizan marketinqində iki vacib məqsəd var: birincisi, gözlənilməz bir ərazidə istehlakçıların qarşısına çıxmaq, ikincisi standartlar xaricində yaddaşda iz qoymaqdır.

Müasir dünyada böyüyən və nəhəng halını almış rəqiblər var. Bu rəqiblərin arasında reklam büdcəsi az olan yeni qurulmuş şirkətlərin özünü göstərməsi elə də asan deyil. Çox vaxt, hətta bu nəhəng şirkətlər tərəfindən külli miqdarda reklam üçün vəsait ayrılır. Bu vəziyyətdə yeni markalar üçün Partizan marketinqi adlı yeni bir texnika təqdim olunur. Böyük firmalarda ənənəvi marketinqin bütün növlərindən istifadə etmək üçün kifayət qədər büdcə olmasına baxmayaraq, orta və kiçik şirkətlərin bu sahədə rəqabət aparması çox çətindir. Partizan marketinqi kiçik firmalara böyük güclərini nümayiş etdirməyə imkan verir.

Jay Conrad Levinson Guerrilla Marketing International-ın prezidenti və partizan marketinqinin atasıdır. “Guerrilla Marketing” kitabını yazan Jay 30-a yaxın kitabın müəllifidir. Jay partizan marketinqini “Büdcəsi kiçik xəyalları böyük olan kiçik sahibkarlar üçün yaradıcı marketinq texnikası” olaraq təyin etmiş və bir nümunə vermişdir:

Kiçik bir mebel mağazasının solunda və sağında böyük mebel mağazaları var. Bu böyük mebel mağazalarından birində böyük plakata 60% endirim, digərində 75% endirim yazılır. Kiçik mağazanın bunun üçün büdcəsi yoxdur. O da kiçik bir banner düzəldir və girişdə asır. Bannerdə yazılmışdır "Əsas giriş qapısı”. Əsl partizan ruhu da budur.


Guerilla MarketinqPartizan marketinqi ilə marka ən az reklam büdcəsini xərcləyərək ən böyük təsir göstərə biləcəyini düşünür. Başqa sözlə, deyə bilərik ki, partizan marketinqi üçün az xərclər ilə mövcud olan tortun ən böyük payına sahib olmaq. Partizan marketinqi bir çox cəhətdən metodiki olaraq viral reklama bənzəyir.Viral reklam və partizan marketinqi arasındakı ən vacib fərq, viralın gizli olması və partizan marketinqinin isə açıq-aşkar ortada olmasıdır.

Partizan marketinqindən maksimum səmərəliliyi əldə etmək üçün reklamlar istehlakçıların ağlına gəlməyəcəyi, lakin gördüyü an təsirlənəcəyi və unuda bilməyəcəyi yerlərdə istifadə edilməlidir. Məsələn,çox satılan bir markaya sahibsiniz. Bu vəziyyətdə, büdcəniz də icazə verərsə, edəcəyiniz ilk şey, ən zəngin reklam lövhəsini almaq və onu təchiz etməkdir.

Siz bunu tətbiq etdiyiniz zaman sizinlə eyni sənayedə olan, lakin daha az reklam büdcəsi olan birisi daha az xərc edərək, məsələn, insanların hər gün istifadə etdiyi bir alətdə cəlbedici bir etiket hazırlayacaq və bu etiket bir anda istifadəçilərin yaddaşına həkk olunacaqdır. Reklam lövhəsində reklamlar görəcəyini artıq hər kəs bilir, ancaq kimsə məişət əşyaları üzərində və ya oturduğumuz oturacaqda yerləşdirilmiş bir reklam görəcəyini gözləyə bilərmi?


Partizan marketinqi nümunələri :

Partizan marketinq modeli, düşündüyünüzdən daha çox reklam verənlər və marketoloqlar tərəfindən istifadə olunur. Konsepsiyanın izahını yəqin ki bilmirsiniz və bunun sadəcə hansı reklam növünə uyğun olduğunu bilmədiyiniz üçün  hamısını "yaradıcı reklamlar" kimi qısaca ümumiləşdirirsiniz. Burada ən təsirli sayılan bir çox nümunədə görülən 5 partizan marketinqi nümunələrini görə bilərsiniz : 

Aşağıda gördüyünüz nümunə yerli hökumət tərəfindən hazırlanan partizan marketinqi nümunəsidir. "Qanunsuz graffiti etsəniz, növbəti dayanacağınız həbsxana ola bilər". Grafitti, divara sprey boya ilə rəsmlərin çəkildiyi küçə sənətinin bir növüdür. Bu sənət adətən metro stansiyalarının divarlarına və bəzən metroların özlərinə də tətbiq olunur. Bu partizan marketinq nümunəsi ilə gənclər və graffiti sənətinə maraq göstərənlər bu səhvdən çəkinirlər.

Guerilla Marketinq nedir

Bir meyvə suyu istehsalçısı bu yaradıcı etiketi yaşıl ərazilərdəki ağaclara yapışdırır. Ağacı satış avtomatına bənzədən marka, istehlakçılara məhsullarının nə qədər təbii olduğu mesajını çatdırmağa çalışır.marketing

Mürəkkəblə etdiyimiz səhvləri düzəltməyə kömək edən kimyəvi məhsul istehsalçısı, məhsulunun şüşəsini küçədəki ağ xətlərin yanında yerləşdirmişdir. Həm nsanların bu markanı heç gözləmədikləri yerdə görməsi həm də marketinqin yaradıcılıqla aparılması bu markaya çox şey qatacağına əminlik verir. Belə marketinq nümunəsini görsəniz heyran olmazdınız?

Guerilla Marketinq nedir

Avtomobil markası olan Audi, yeni avtomobilinin afişasını reklam lövhəsinə yerləşdirmək üçün partizan marketinq metodu əvəzinə klassik bir metoddan istifadə edir.Üzərinə də  "İndi sənin növbəndir,BMW” yazdırır. BMW də öz növbəsində bu reklam afişasının birbaşa qarşı tərəfdəki reklam lövhəsini alır və yeni avtomobilinin fotoşəkili olan "Şah-Mat" reklam afişini yerləşdirmişdir.Guerilla Marketing

Bir idman salonu insanların metroda tutduqları dəmirləri ağırlıq formasında edir. Bu yolla insanlar metrodan istifadə zamanı heyrətləndirici və xoş anlar keçirir, həm də salonun insanların yaddaşında həkk olunması prosesi baş verir.

marketing rolu


Guerilla Marketing-in üstünlükləri və çatışmazlıqları

Partizan marketinqinin uğurlu bir reklam modeli olduğu və bir çox üstünlüklərə sahib olduğu bir həqiqətdir. Bununla birlikdə partizan marketinq üsullarının üstünlükləri qədər mənfi cəhətlərinin də olduğunu qəbul etmək lazımdır.

Guerilla Marketing-in üstünlükləri :


Guerilla Marketing-in çatışmazlıqları :


The Latest Blogs

What is Mobile SEO and what are its advantages?

What is Mobile SEO and what are its advantages?

What is mobile aso, ASO Short and extensive descriptive text of the application

What is User-generated content?

What is User-generated content?

What is UGC? What are the benefits of UGC? Let's look at examples of UGC

Google Analytics 4 will replace Universal Analytics soon!

Google Analytics 4 will replace Universal Analytics soon!

What has changed in Google Analytics 4? What is the issues with Google Analytics 4?

Adaptive or Responsive design for SEO?

Adaptive or Responsive design for SEO?

What is adaptive design? What is responsive design? Why does Google support responsive design? So which design is better for you in general?

Digital or Traditional Marketing?

Digital or Traditional Marketing?

What is digital and traditional marketing? Advantages of traditional marketing, Disadvantages of Traditional Marketing, Advantages of digital marketing

What is Conversational Marketing? What are the advantages

What is Conversational Marketing? What are the advantages

What are the advantages of Conversational Marketing? Conversation Marketing How to connect with customers. What is Conversational Marketing?

What is 4P Marketing

What is 4P Marketing

The 4 Ps of marketing are the key categories involved in the marketing of a good or service. The 4 Ps refers to product, price, place, and promotion.