Correct Technology

E-ticarət alıcılarının vərdişlərinin çox dəyişdiyi bu dövrdə, xüsusilə də son iki il ərzində, gündəmə gəlmiş konsepsiyalardan biri də “İnfluencer” anlayışıdır . Əvvəlcə Influencer-in kim olduğunu və Influencer Marketing-in nə olduğunu aydınlaşdıraq.

İnfluencer - Youtube, Facebook, Twitter, Periskop və İnstagram kimi sosial media şəbəkələrində izləyici sayı yüksək olan insanlara deyilir.Son illərdə sosial medianın  gündəlik həyatımıza sürətlə girməsi və alış-veriş vərdişlərimizdəki yeniliklər sosial media fenomenlərinin sürətlə artmasına səbəb olub.Hal-hazırda sosial media istehlakçıların qərar qəbul etməsinə birbaşa təsir etməkdədir. Sosial media reklamları ilə istehlakçılar qarışıq mühit içərisində seçim etmək məcburiyyətində olduğu halda, blogerlər və ya sosial mediada müəyyən izləyici sayına çatmağa başlayan insanlar məhsulun tanıdılmasında və qərar qəbul edilməsində böyük rol oynayırlar.Və bu proses “Influencer Marketing” olaraq tanınır.İnfluencer marketinqi uzun müddətdir müxtəlif social şəbəkə kanallarında müxtəlif yollarla aparılır.Məsələn,son illərdə Twitter üzərindən aparılan işlər artıq İnstagram ilə əvəz olunub.İnstagram-da reklam vermək,sponsorlu reklam aparmaq və ya fenomenlər vasitəsilə məhsul və xidmət reklam etmək hal-hazırda geniş yayılmış prosesdir.


İnfluencer Marketing-in üstünlükləri.

İnfluencer Marketinq işləri bir yandan şirkətinizin uzunmüddətli gəlirini artırdığı kimi həmçinin nüfuzuna da müsbət təsir göstərir.Beləliklə,markanın məşhurluğu artar və nəticədə digər marka və şirkətlərlə həmçinin müştərilərlə də qarşılıqlı əlaqə prosesi möhkəmlənər. İnfluencer Marketinqi ilə əvvəllər əlaqə saxlaya bilmədiyiniz və ya qarşılıqlı əlaqədə ola bilmədiyiniz hədəf auditoriyanıza çata bilərsiniz və fikirlərini dəyişdirə bilərsiniz.Əslində, Influencer Marketing-i müasir marketinq modeli adlandıra bilərik.


İnfluencer Marketing harada tətbiq oluna bilər?

Xüsusilə sosial mediada istifadə edilən İnfluencer marketing-inin qarşılıqlı fəaliyyət sahələrindən biri Youtube-dur.Məhsulun bütün xüsusiyyətləri istehlakçıya ötürülür və ətraflı şəkildə izahı verilir.Bununla belə,uzun video hazırlamağınız lazım olmayan hallarda, Twitter, Bloglar İnstagram kimi sosial media kanallarında da strategiyalar hazırlaya bilərsiniz.İnfluencer Marketing-i, hədəf auditoriyanızın yerləşdiyi platformalarda aparılırsa,məqsədinə çatır.Başqa sözlə, sadiq auditoriyanız haradadırsa,orada,qarşılıqlı fəaliyyətiniz daha yüksək olacaqdır.


İnfluencer Marketing-dən istifadə zamanı nələrə diqqət yetirmək lazımdır?

İnfluencer Marketing istifadəsinin uğur gətirməsi üçün nəzərə alınması lazım olan bəzi xüsuslar var.Bunlardan birincisi tanıtım edəcək sosial mediya hesabları,ikincisi reklamın məzmunu,üçüncüsü isə reklam təqdim ediləcək sosial mediya platformasıdır.Reklam edərkən şəxsin (fenomenin) şəbəkədə mövcud olan izləyici sayına aldanmamaq lazımdır.Məlumdur ki,günümüzdə aşağı maliyyə ilə izləyici satın almaq kimi hallar mövcuddur.Bu səbəbdən,reklam edəcək şəxs olaraq seçdiyiniz fenomenin sosiyal şəbəkə hesabındakı izləyici sayı,bəyənmə sayı və həmçinin şərhlər şəffaf və düzgün olmalıdır.Saxta hesablardan ibarət olan profillər təbii ki,yatırım etdiyiniz məbləğin boşa çıxacağının göstəricisidir. Digər bir mövzu reklamın məzmunudur.İnfluencer reklamlarında məhsulu tamaşaçıya onu sıxaraq və darıxdırıcı şəkildə təqdim etmək əks effekt verəcəkdir.Reklam məzmunu daha az reklam kimi görünməli və məsləhtlər üzərindən irəliləməlidir. Yadda saxlamaq lazımdır ki, burada əsas məqsəd etimadı qazanmaqdır. Etibarla yanaşı, satış dərəcələri də artacaq.Məzmun marketinqini necə etmək olar,marketinqdə nələrə diqqət yetirmək lazımdır,məzmun marketinqi üçün texnikalar və s.kimi sualları əhatə eləmək ümumi prosesin ana maddəsi olmalıdır. Başqa sözlə, məhsulun quruluşu, xüsusiyyəti, istifadə sahəsi və hədəf auditoriyası qədər platforma da vacibdir.Məhsulun reklam edildiyi sosial şəbəkədən,potensiyal müştərilərinizə çatmağınızın və əldə etdiyiniz təsir gücü ilə böyümənizin sizə gətirdiyi xeyir uzun müddət ərzində davam edəcəkdir.


The Latest Blogs

What is Mobile SEO and what are its advantages?

What is Mobile SEO and what are its advantages?

What is mobile aso, ASO Short and extensive descriptive text of the application

What is User-generated content?

What is User-generated content?

What is UGC? What are the benefits of UGC? Let's look at examples of UGC

Google Analytics 4 will replace Universal Analytics soon!

Google Analytics 4 will replace Universal Analytics soon!

What has changed in Google Analytics 4? What is the issues with Google Analytics 4?

Adaptive or Responsive design for SEO?

Adaptive or Responsive design for SEO?

What is adaptive design? What is responsive design? Why does Google support responsive design? So which design is better for you in general?

Digital or Traditional Marketing?

Digital or Traditional Marketing?

What is digital and traditional marketing? Advantages of traditional marketing, Disadvantages of Traditional Marketing, Advantages of digital marketing

What is Conversational Marketing? What are the advantages

What is Conversational Marketing? What are the advantages

What are the advantages of Conversational Marketing? Conversation Marketing How to connect with customers. What is Conversational Marketing?

What is 4P Marketing

What is 4P Marketing

The 4 Ps of marketing are the key categories involved in the marketing of a good or service. The 4 Ps refers to product, price, place, and promotion.