Correct Technology

Sandbox nədir?

Sandbox, keyfiyyətsiz və yanlış məzmunlu veb saytların axtarış nəticələrində çox geridə qalmasına imkan verən Google tərəfindən qurulmuş bir sistemdir. Sandbox cəza növü adlanmır. Çünki Google Sandbox-da qısa müddətə yeni veb saytları saxlayır və birmüddət sonra layiq olduqları vəziyyətə gətirir. Bununla birlikdə, Sandbox-a düşən saytların əksəriyyəti SEO-da edilən səhvlər nəticəsində baş verir. 

Sandbox növləri nədir?

Sandboxun özündə çoxlu cəza növləri  var. Bunlar təbii ki, tam izah olunmur  Məsələn, ilk 100-lük içərisində görünməmək, və yaxud 5 sıra arxada qalmaq, 10 sıra arxada qalmaq,15 sıra arxada qalmaq  və s. kimi ən ağır cəza növləri mövcuddur.

Yuxarıda qeyd etdiyimiz kimi, yeni açılan sayt üçün bunu cəza kimi yox, qiymətləndirmə üçün müvəqqəti bir vasitə kimi nəzərdən keçirməliyik.

Sandboxa düşdüyümü necə anlaya bilərəm?

Bu sual ən vacib suallardan biridir. Sandboxda olub olmadığını söyləmək üçün rəsmi bir yol yoxdur. Ancaq nəticələri qiymətləndirərək bu nəticəyə gələ bilərik.

Bunun ən yaxşı yolu, Google axtarışlarında 100% yüksək nəticə üçün mövqeyinizi müəyyənləşdirməkdir. Bunu etmək üçün səhifənizi İnternetin heç bir yerində olmayan TITLE ilə eyniləşdirin və onu Google-da axtarın. Bu zaman nəticə ən üstdə çıxmırsa, bu, Google filtrində ilişdiyiniz anlamına gəlir.

Hansı əməliyyatlar Sandbox və ya Cəza filtrlərinə səbəb olur?

Veb saytınızda etdiyiniz hər hansı bir qeyri-adi iş sizi Sandboxa atacaqdır. Bunu ümumiləşdirmə kimi düşünməlisiniz və veb saytınızda qeyri-adi və həddindən artıq bir şeyin qarşısını almağa çalışmalısınız

Sizi Sandboxa endirə biləcək SEO səhvlərindən danışaq. Əvvəlcə onları 2 qrupa bölmək lazımdır:

Sayt içi SEO xətaları:

Avtomatik yaradılan və ya kopyalayan məzmundan istifadə

Məzmunda həddən artıq  H tag olması (heading)

Məzmunda açar sözlərin çoxluğu

Eyni məzmunun saytda birdən çox yerdə paylaşılması

Həddindən artıq və səhv etiket istifadəsi

Gizli məqalə və bağlantılardan istifadə

Saytdan kənarda edilən SEO xətaları:

Keyfiyyətsiz və qadağan olunmuş saytlardan geri bağlantılar

Qısa müddətdə daha çox link əldə etmək

Alınan linklərin pullu olduğunun göstərilməsi və belə linklərin çoxluğu.....  


Sandboxdan çıxmağın ən yaxşı yolu, SEO səhvlərindən ən qısa müddətdə xilas olmaq və SEO qaydalarına uyğun olaraq saytı konfiqurasiya etmək və yayınlamaqdır. Texniki bir problem olduğu üçün siz SEO-dan kömək almalısız.Sandbox hadisərinin əksəriyyəti saytdakı səhvlərdən qaynaqlansa da, bəzən saytdan kənar səhvlər səbəbindən filtrə əlavə olunduğu müşahidə olunur. Bunu isə aşkar etmək bir az daha çətin ola bilər. Bəzi SEO alətləri bu mövzuda bəzi alqoritmlərdə sizə kömək edir, lakin bunlar 100% dəqiq məlumat deyil.