Correct Technology

Elektron ticarətdə istifadə edilən marketinq vasitələrindən biri də SMS-lərdir. SMS xidməti e-poçt və digər marketing xidmətlərindən daha köhnə üsul olduğu üçün istifadəsi daha çox yayılmışdır. Marketing planınızı hazırlayan zaman SMS marketingidə planlarınıza daxil edə bilərsiniz. SMS marketingin digər marketing sahələrindən əsas fərqlərindən biri əhatə dairəsinin böyük olmasıdır.

SMS marketingdə diqqət edilməsi lazım olan məqamlar

1. Göndərmə zamanı

SMS-lərin günün hansı saatlarında göndərildiyi də əhəmiyyətlidir. Səhər çox erkən, ya da axşam geç saatlarda göndərmək, istifadəçiləri narahat edəcəkdir. Bu səbəbdən də SMS göndərim vaxtlarınızı yaxşı seçməlisiniz. Ümumi olaraq  SMS göndərimləri üçün ideal zaman  səhər 10 ilə axşam 8 arasındadır.

2. Çox tez-tez SMS göndərməyin

Digər marketinq növlərində olduğu kimi SMS marketinqdə da çox tez-tez göndərim etmək istifadəçiləri narahat edəcəkdir. Onlara yeni bir şeylər təqdim edə biləcəyiniz hallarda bu göndərimləri etmək və müəyyən bir nizamda edərək, onları narahat etməmək yaxşı olacaqdır. Hər gün SMS göndərimləri etmək bir növ sıxıntıdır; Çünki onlara birbaşa telefonlara gəldiyi üçün bu vəziyyət can sıxıcı bir hala gələ bilər. Müşdərilərə SMS vasitəsi ilə yeni bir şeylər təqdim etməniz kifayətdir.

3. SMS-lərdəki linkləri qisa edin

SMS- lərinizdə link istifadə edərkən bu linkləri qısaltmaq da əhəmiyyətlidir. Link uzun olması baş qarışıqlığı yarada bilər. Qısaltma xidmətlərini istifadə etmək bu baxımdan faydalı olacağı kimi, linkə klik sayını təqib edə bilərsiniz.

4. Müşdərilərinizə xüsusi bir kampanya təklif edin

Xüsusən məhsul təqdimatı və ya kampaniyada müşdərilərinizə xüsusi bir təklif etməyiniz olduqca əhəmiyyətlidir. Sadə və cəlbedici olmayan bir təklif təqdim etdiyinizdə SMS xidmətinin nəticəsi çox aşağı olacaqdır.