Correct Technology

SEO nədir və nə üçün lazımdır ?

seo xidmeti“Search Engine Optimization” Azərbaycan dilində “ Axtarış Mühərriki Optimaziyası” kimi tərcümə olunur. SEO-nun əsas məqsədi axtarış motorlarında veb saytların reklamsız ilk sıraya çıxmasına nail olmaqdır. Axtarış motorlarına isə təkcə Google deyil, Yandex, Yahoo, Bingo, hətta Youtube da daxildir. Beləliklə, SEO nədir sualına - SEO saytın axtarış zamanı görünürlüyünü artırmaq üçün texniki, analitik və yaradıcı çalışmaların məcmusudur.

 

SEO nə üçün önəmlidir ?

Googleda və ya digər axtarış motorlarında hər gün milyardlarla araşdırma edilir. Siz həmin axtarış nəticələrində deyilsiniszə, saytınıza trafik qazana bilmərsəniz. Bilirsiniz mi, çox az sayda istifadəçi axtarış zamanı reklamlara klik edir? Əgər siz ilk 10-luqda varsınızsa, özünüzə trafik qazana bilərsiniz və bunun üçün sizə SEO lazımdır.  Ümumiyyətlə, saytınızın ön sıralarda olmağını istəyirsinizsə, SEO-nun tələb etdiyi bütün qaydaları planlı və düzgün stratejik şəkildə etmək lazımdır. SMM-dən fərqli olaraq proses bir qədər gec olsa da, üstün cəhət kimi axtarış sıralarında uzun müddət ön sıralarda qala bilir.

 SEO necə edilir?


Sayta daha çox insanın ziyarət etməsini necə etmək olar?

Reklam ilə sayta girənlərin sayını artırmaq

Google Adwords, Facebook, İnstagram ilə siz asanlıqla ödənişli reklam edərək ilk sıralarda ola bilərsiniz. Qeyd etdiyimiz kimi isə, bu metod davamlı reklam büdcəsi istəyir. Sektorda rəqabətin çoxluğu isə bu xərcləri daha da artırır. 

Organik SEO metodlarından istifadə edərək trafik qazanmaq

Bu metodun ən yaxşı tərəfi reklam xərclərinin minimuma endirilməsidir. Təbii olaraq araşdırma zamanı ortaya çıxan nəticələr istifadəçilərdə daha çox güvən yaradır. Bu şəkildə ortaya çıxmaq üçün bəzi təməl tapşırıqları etmək lazımdır. Bunlara strategiyanın müəyyənləşdirilməsi, məzmunun optimallaşdırılması, sosial medianın iş strategiyası, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və s. kimi əməliyyatlar daxildir. 

Sosial medianı aktiv şəkildə istifadə etmə

Sosial media da internet saytlarına trafik qazandıran mənbələrdən biridir. Buna görə də keyfiyyətli sosial media hesabınızın olması da marka şüuruna və müştəri artımına səbəb olacaqdır. 

Saytda qalma vaxtının uzadılması

Sayt nə qədər keyfiyyətli və məzmunca dolğun olarsa, həmin saytda istifadəçinin qalma vaxtı da daha uzun olar.

Bounce rate optimaziyası

E-ticarət veb saytını ziyarət edən bir istifadəçinin oxuduğu bir səhifədən digər səhifəyə keçib-keçməməsi “bounce rate” ölçüsü ilə incələnir. İstifadəçilərin sayta daxil olandan sonra çıxması isə “bounce rate” adlanır. Əlbəttə, sayta daxil olub, axtarılan materialı oxuyub və çıxmaq təbiidir, lakin bu hər sayt üçün geçərli bir nəticə deyildir. Bu səbəbdən də, bounce rate dəyərlərinin optimaziyası və izlənilməsi vacibdir. 

Keyfiyyətli backlink təmin edilməsi

Backlink bir veb saytına başqa bir veb saytının verdiyi linkə deyilir. Saytın daxilindəki məzmunlar zaman keçdikcə başqaları tərəfindən fərqinə varılır və yayılır. Diqqət etmək lazımdır ki, bir veb saytı nə qədər keyfiyyətli backlink aldısa, o qədər qiymətli olur. 

 SEO təklifi alarkən aşağıdakı meyarları nəzərə almaq lazımdır:

  1. Hansı sözlər üçün işləmək lazımdır
  2. Neçə söz üçün optimizasiya etmək lazımdır
  3. Googleda saytınızın hal-hazırki vəziyyəti və Seo-su necədir
  4. Sektorunuzdakı rəqabət