Correct Technology

         Müasir dövrdə internet insanlar arasında ən çox istifadə olunan ünsiyyət və paylaşım vasitələrindən biridir. Təşkilatlar, özəl müəssisələr, şirkətlər internet vasitəsi ilə müştəriləri, xidmət etdikləri şəxslər ilə əlaqə saxlayır, öz xidmətlərini təqdim edirlər. 

       Saytlarin Hazirlanmasi Nə üçün təşkilatın və ya şirkətin internet səhifəsi olmalıdır? İnternet səhifələri dövrümüzdə təşkilatın və şirkətin əsas marka və prestij göstəricilərindən biri olaraq qəbul olunur . İlk dəfə sizin təşkilatın adının eşidən bir şəxsin, ilk edəcəyi iş internetdə sizin haqqında araşdırma aparmaq olacaqdır. Bu zaman onun qarşısına çıxan cəlbedici dizaynlı, funksiyanal sayt sizin haqqınızda müsbət fikir yaradacaqdır. İnternet səhifənizin olması insanlarda sizə qarşı inam və etibarlılıq hissini formalaşdırır. Markalaşma yolunda internet səhifənizin olması vacibdir. Bu sizin öz yerini tutmuş, prestiji bir təşkilat və ya şirkət olduğunuzu göstərir. İnternet səhifəsi ilə xidmət göstərdiyiniz insanlarla daha sürətli məlumat mübadiləsi apara bilirsiniz. İnternet sizin üçün daha geniş və ucuz başa gələn reklam vasitəsidir. Buna görə də internet səhifəniz sizə daha çox müştəri cəlb edəcəkdir.

Veb saytın hazırlanması xidmətinə daxildir:

Saytın Hazırlanma Mərhələləri

1. Sayt üçün Məlumatların Toplanması və Təhlili

Veb saytların ilkin yığılması mərhələsində sayta bütün lazım olan və olmayan məlumatları dəqiqləşdirilir. Nümunə saytlar təhlil edilir. Saytda olmağını isdədiyiniz funksyalar qeyd edilir.

2. Texniki Tapşırığın Hazırlanması

Saytın hazırlanması üçün texniki tapşırıq ətraflı şəkildə yazilib hazirlanir və sayt üçün lazim olan bütün materyal (şəkil, video, document) əldə edilir. Saytın hazırlanması komandamız tərəfindən müzakirə edilir və uyğun texnologya seçilir.

3. Saytın İdarəsi

Veb saytın müşdərilərimiz tərəfindən asanlıqla idarə edilə bilməsi üçün idarə paneli hazırlanır. İdarə panelinə telefon, planşetlədə daxil ola bilərsiniz. Bu panel vasitəsi ilə siz saytınıza yeni materyallar əlavə edə,redaktə və silə bilərsiniz.

4. Saytın Dizaynının Hazırlanması

Yuxarıda qeyd olunan bəndlər diqqətlə nəzərdən keçirildikdən sonra əsas səhifənin və saytın sonrakı səhifələrinin yığılması başlanır. Şirkətin korporativ rənglərində icra edilən real məzmun, fotoşəkil və şirkət loqosu olan səhifələrin maketi hazırlanır və vizual yerləşdirilməsi həyata keçirilir. Dəyişikliklər etmək üçün bu mərhələdən istifadə edin. Bundan sonra, işin müxtəlif mərhələlərində təsdiq üçün sizə müxtəlif maket və prototipləri təqdim edəcəyik. Sayt sifarişi zamanı sonrakı mərhələlərdə dəyişikliklər etmək çox səy və zaman tələb edəcək. Buna görə də, bu mərhələdə hər şeyi diqqətlə nəzərdən keçirməyiniz xahiş olunur. 

5. Layihənin Başa Çatdırılması və İstifadəyə Verilməsi

Bu mərhələdə sayta aid olan bütün materyallar yerləşdirilir və səhifələr hazır edilir. Saytın bütün alqoritimləri test edilir yarana biləcək təhlükəsizlik problemləri aradan qaldırılır. Son olaraq sayt hər kəsin daxil ola bilməsi üçün istifadəyə verilir.



Veb saytın hazırlanmasında heç bir CMS və ya hazır moduldan istifadə olunmur !

Correct Technology ailəsi olaraq sizə internet səhifənizin hazırlanmasında kömək etməyə hazırıq!