Correct Technology

Meta etiketləri nədir ?

Meta etiketləri SEO sahəsində mübahisəli mövzulardan biridir. Çünki səhv istifadə edilərsə spam riski yaradır. Bu səbəblə mübahisəli mövzulardan birinə çevrilmişdir. Metalar sayta aid olan bəzi məlumatları axtarış sistemləri tərəfindən oxunmasına kömək edir. Saytın açıqlaması, hədəf etdiyi açar sözlər, saytın sahibi, saytın coğrafi mövqeyi, saytın dili və s. kimi məlumatları axtarış sistemlərinə təqdim edir.

SEO cəhətdən metalar olduqca əhəmiyyəti vardır. Ancaq bir çox sayt sahibi metaların düzgün istifadəsindən xəbərsizdir. Bu səbəblə gərəkdiyindən uzun və lazımsız açar sözlər daxil edilmiş metalar spam yaratmaqdadır. Buda axtarış sistemləri üçün gözlənilməz nəticələrə gətirib çıxarır. Bir neçə il əvvəl axtarış sistemləri üçün metalar çox böyük önəm daşıyırdı. Ancaq zaman keçdikcə axtarış sistemləri inkişaf edərək sayt daxili və sayt xarici bir çox kriteryalar yaratdı. Metalar SEO üçün önəmi minuma düşdü. Bu səbəblə Google axtarış keyfiyyətini artırmaq məqsədi ilə Webspam komandasının rəhbəri olan Matt Cutts belə bir açıqlama versədə "Google üçün metalar çoxda böyük rol oynamır." ancaq belə demək istəmişdir "metalara çoxda fikir verməyin və SEO metadır şəklində düşünməyin". Bu fikirləri ilə spamın qarşısını almağa çalışan Matt Cutts bəzi sayt sahiblərinin metalara önəm verməməsinə səbəb olmuşdur.

Metalar head kodları arasında yer almalı və W3C qaydaların uyğun şəkildə yazılmalıdır.


Meta Description tagı.

Meta description yəni açıqlama metası, saytları bir cümlə ilə saytı axtarış sistemlərinə tanıtan koddur. Bu cümlə 140 - 160 simvol sayını keçməməlidir. Eyni zamanda cümlə quruluşunda olmalıdır. Bir çox webmaster metaları düzgün istifadə etməyərək, açar sözləri ardıcıl olaraq düzməkdədir. Meta descriptionda istifadə olunan cümlə saytın məzmununa uyğun olmalıdır. Bu cümlə mimumum saytda vergüldən ibarət olmalıdır.


Digər meta tagları.

Bir veb saytda description, canonical, lang taglarından başqa digər meta taglarını çox istifadə etmək məsləhət etmirik. Çünki çoxda ehtiyac olunmayan meta taglarından istifadə edərək veb saytın məzmunun önəmini itirməsinə səbə ola bilərsiniz. Meta taglarının bəzilərinə nəzər salaq.

Author:

Veb saytı hazırlayan şəxsin və şirkətin ad və e-mail adresini paylaşmaq üçün istifadə edilən meta tagıdır. Yazılış şəkili

<meta name="author" content="Correct Technology,info@correcttechno.com">

Copyright:

Veb saytın müəllif hüquqlarının kimə aid olduğunu göstərən meta tagıdır. Yazılış şəkili

<meta name="copyright" content="© 2019 Correct Technology">

Language:

Veb sayta aid məzmunun hansı dildə olduğunu göstərən meta tagıdır. Yazılış şəkili

<meta http-equiv="content-language" content="az">

Revisit-After:

Axtarış sistemlərinin veb sayta hansı aralıqlara ziyarət etməsini istəyirsinizsə bu meta tagı vasitəsi ilə bildirə bilərsiniz. Əgər bu meta tagından istifadə etmisinizsə yazdığınız intervala uyğun olaraq veb saytda məzmun dəyişikliyi etməlisiniz. Əksi olarsa veb saytınızın axtarış sistemlərindəki sıralamasına mənfi təsir edə bilər. Yazılış şəkili

<meta name="revisit-after" content="7 days">

Refresh:

Müəyyən edilmiş zamana uyğun olaraq səhifəni yeniləyən meta tagıdır. SEO cəhətdən ən çox alexa dəyərini artırmaq üçün istifadə edilsədə çox gərəkli bir tag deyildir. Xəbər saytlarında bir dəqiqədə bir neçə xəbər əlavə edildiyi üçün bunların yenilənməsi üçün istifadə edilə bilər. Yazılış şəkili

<meta http-equiv="refresh" content="60">

Redirect:

Veb səhifənin müəyyən edilmiş zamandan sonra başqa bir səhifəyə yönlənməsi üçün istifadə edilən meta tagıdır. Saytı ziyarət edən istifadəçilərin başqa saytlarıda ziyarət etməsi üçün istifadə edilsədə SEO cəhətdən istifadəsini tövsüyyə etmirik. Yazılış şəkili

<meta http-equiv="refresh" content="2;url=https://www.correcttechno.com/">

Robots:

Axtarış sistemlərinin saytı indeksləməsi və ya sayt daxili linkləri indeksləməsini idarə edən meta tagıdır. Yazılış şəkilləri

Saytda heç bir əməliyyat etmə .

<meta name="robots" content="none">

Saytı ziyarət et bütün linklərə baxış et.

<meta name="robots" content="index,follow">

Saytı indeksləmə ancaq bütün linkləri ziyarət et.

<meta name="robots" content="noindex,follow">

Saytı indekslə ancaq linkləri ziyarət etmə.

<meta name="robots" content="index,nofollow">

Content-Type:

Saytdakı kodlama qaydasını göstərən meta tagıdır. Bu kodlaşdırma qaydasına görə Azərbaycan əlifbası hərflərini düzgün göstərilməsinə kömək edir. Yazılış qaydası

<meta http-equiv="content-type" content="text/html; charset=utf-8">

The Latest Blogs

What is Mobile SEO and what are its advantages?

What is Mobile SEO and what are its advantages?

What is mobile aso, ASO Short and extensive descriptive text of the application

What is User-generated content?

What is User-generated content?

What is UGC? What are the benefits of UGC? Let's look at examples of UGC

Google Analytics 4 will replace Universal Analytics soon!

Google Analytics 4 will replace Universal Analytics soon!

What has changed in Google Analytics 4? What is the issues with Google Analytics 4?

Adaptive or Responsive design for SEO?

Adaptive or Responsive design for SEO?

What is adaptive design? What is responsive design? Why does Google support responsive design? So which design is better for you in general?

Digital or Traditional Marketing?

Digital or Traditional Marketing?

What is digital and traditional marketing? Advantages of traditional marketing, Disadvantages of Traditional Marketing, Advantages of digital marketing

What is Conversational Marketing? What are the advantages

What is Conversational Marketing? What are the advantages

What are the advantages of Conversational Marketing? Conversation Marketing How to connect with customers. What is Conversational Marketing?

What is 4P Marketing

What is 4P Marketing

The 4 Ps of marketing are the key categories involved in the marketing of a good or service. The 4 Ps refers to product, price, place, and promotion.