Correct Technology

SMM (Sosial Media Marketing) - Sosial mediya vasitəsilə marketinqdir. SMM sosial platformalardan, əsasəndə sosial şəbəkələrdən təbii trafikin cəlb edilməsi, brendin və produktun reklamı üçün istifadə olunan internet marketinq mexanizmidir. Sosial şəbəkələrin artan rolu SMM daha da vacib, praktik və onlayn marketinqin vazkeçilməz bir hissəsi edir.

Sosial mediya (social media) marketinqində önəmli rolu kontent oynayır, hansını ki artıq istifadəçilər bölüşərək populyarlaşdırır. Kontent aktual və cəlbedici olmalıdır. SMM lazımi auditoriya seçimində çox faydalıdır. Marketinqdən əlavə, bu mexanizm KİV tərəfindəndə istifadə olunur. SMM praktikliyi onun pulsuz olan böyük reklam potensialıdır. Bu potensial sosial şəbəkələrin (social network) hesabına yaranır. Ən populyar və iri sosial şəbəkə Facebook 1.2 mldr. çox insanı birləşdirir, bu isə reklam üçün çöx əlverişli şərait yaradır. Digər populyar şəbəkələrin sırasına Twitter, Badoo, İnstagram, Google+, Vkontakte və sarələri daxildir. 10-dan çox sosial şəbəkə 100 mln. çox istifadəçiyə sahibdir.

SMM növbəti platformalarda aktiv istifadə olunur:
Sosial şəbəkələr: Facebook, Google+, Vkontakte ...
Profesional sosial şəbəkələr: Linkedİn ...
Bloqlar: Twitter, LiveJournal...
 Video və foto bloqlar: YouTube, Instagram, Pinterest...

SMM sosial şəbəklərdə saytın səhifəsinin yaxud qrupunun yaradılması, reklamın, laykların alınması, digər qruplarda reklamın yerləşdirilməsi və sarə mexanizimlər daxildir. SMM iki cür istifadə edilir: passiv və aktiv.

Passiv SMM informasiya paylaşmaq və toplamaqda istifadə olunur. Həmçinin bura istifadəçinin fikri və bazarın analizi daxildir. Aktiv SMM isə, passivdən əlavə olaraq, istifadəçilə birbaşa əlaqə qurulmasıdır.

SMM əsas instrumentləri:
Kompaniyanın/brendin qrupunun yaradılması
Yeni qrupların alınması
Facebook da Fan Page yaradılması
Şəxsi sosial şəbəkənin yaradılması
Korporotiv bloqun yaradılması
Videobloqun yaradılması
Wikipedia üçün məqalə yazılması
Memlərin yaradılması və aktiv yayılması
 İstifadəçi ilə daimi kontakt və sarə

Google 10 əsas təbii axtarış amillərindən yeddisi sosial media əsaslıdır. Bu isə o deməkdir ki, əgər brend sosial mediyada yoxdursa yaxud aktiv deyilsə Google axtarış nəticələrində o az görsənəcək. Bir çox kompaniyalar Facebook, Twitter, YouTube və Instagramdan daha çox istifadə edir, nəin ki TV və radiodan. Bu onlara daha böyük audiensiyaya çıxış imkanı verir, və çox az resurs hesabına.

Sosial medianın inkişafı, SMM aktiv istifadəsi və artan rolu, SMO yaranmasına səbəb oldu. SMO, ingilis dilindən Sosial Media Optimization, yəni Sosial mediya optimizasiyası kimi tərcümə olunur. SMO sosial mediyadan sayta təbii trafikin cəlb edilməsi üçün istifadə olunan mexanizimlərin cəmidir. SMO və SEO demək olarki eyni mexanizmdir, yeganə fərq onların istifadə edildiyi sahələrdir. SEO axtarış sisteminə yönəldilmiş proses olduğu halda, SMO ancaq sosial mediyanı, onun istifadəçilərini əhatə edir.